Request edit access
İntiharın 7-li Preventiv Modeli (ÖDƏNİŞSİZ)
Psixologiya Elmi-Tədqiqat İnstitutu "İntiharın 7-li Preventiv Modeli" praktik seminarını təqdim edir!
Son zamanlar intihar saylarının çoxalması,intihara meylliliyin artması ilə əlaqədar olaraq bu seminarı təşkil edirik.
İntiharla bağlı həm elmi,həm də sosial-psixoloji məlumatlarla zəngin olan seminar peşəkar mütəxəssis,psixol.ü.f.d Məhərrəm Əliyevin təqdimatında həyata keçiriləcək.

🔵SEMİNARIN MÖVZULARI:

1.İntihar, suisid, intihara təşəbbüs, intihar davranışı, intihara cəhd anlayışları
2.İntihara yanaşmalar
3.İntiharın növləri
4.İntiharın səbəbləri
5.İntiharların ümumi əlamətləri
6.İntihara meylli psixotiplər
7.İntihara meylli insanların müəyyən edilməsinə yönəlmiş yeni metodikalar
8.Yeni yanaşma: İntiharın 7-li preventiv modeli

🌐SEMİNARIN KEÇİRİLƏCƏYİ MƏKAN:
Psixologiya Elmi-Tədqiqat İnstitutu (Konfrans Zalı)

📅KONFRANSIN TARİXİ:
19 Yanvar  | 15:00-17:00

📝SPİKER HAQQINDA MƏLUMAT:
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri,ADPU-nun Ümumi psixologiya kafedrasının baş müəllimi,psixol.ü.f.d Məhərrəm Əliyev.

Təhsili:
1998-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini psixologiya ixtisası üzrə (bakalavriat səviyyəsi) bitirmişdir.
2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasında ümumi psixologiya ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2002-2008-ci illərdə ADPU-nun Yaş və pedaqoji psixologiya kafedrasının qiyabi aspirantı olmuşdur.
2014-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyəti:
-M.S.Əliyev 2000-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasında müəllim vəzifəsində çalışıb, 2011-ci ildən bu günə kimi isə baş müəllim vəzifəsində çalışır.
-2013-cü il oktyabrın 1-dən həmin ilin sonunadək ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri vəzifəsini icra etmişdir.
-M.S.Əliyev 2008-ci ildən bu günə kimi Bakı Qızlar Universitetinin Psixologiya kafedrasında baş müəllim vəzifəsində çalışır.
-01.12.2012-ci ildən 02.02.2015-ci ilədək BQU-nun Psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.
-2014-2015-ci tədris ilində, o cümlədən, 2017-2018-ci tədris ilinin II semestrində Dövlər Gömrük Komitəsinin Akademiyasında müəllim kimi çalışmışdır.
-2015-2016-cı tədris ilində müqavilə əsasında Türkiyə Respublikası, Trabzon şəhərində yerləşən Avrasya Universitetində Psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
-2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim kimi çalışır.
-2000-ci ildən bu günədək fərdi konsultasiyalar aparır.
-2014-cü ildən bu günədək 1 NLP Diplom, 6 NLP Praktik və 1 NLP Master Praktik Təlimi keçirmişdir.
-2014-cü ildən Beynəlxalq statuslu NLP Təlimçisidir.

SEMİNARDA İŞTİRAK ÖDƏNİŞSİZDİR.

Bizimlə əlaqə:
☎️Telefon:      012-563-00-44
 📱 What's app:070-268-27-08
Sign in to Google to save your progress. Learn more
FORMU DOLDURMADAN ÖNCƏ AŞAĞIDAKI MƏLUMATLARI DİQQƏTLƏ OXUYUN:
1.Seminar ödənişsizdir.
2.Seminarda dəqiq iştirak edəcəksinizsə qeydiyyat edin.
3.Qeydiyyat etdikdən sonra sizə e-mail və ya what's app vasitəsilə məlumat göndərəcəyik.
Ad və Soyad: *
Təhsil aldığınız/bitirdiyiniz müəssisə: *
What's app nömrənizi qeyd edin(sizə ordan məlumat göndərəcəyik): *
Nə üçün konfransda iştirak etmək istəyirsiniz? *
E-mail qeyd edin: *
Facebook profilinizin linkini qeyd edin: *
Əgər bizim haqda yetərli bilginiz yoxdursa linkin üzərinə tıklayıb haqqımızda ətraflı məlumat alın:https://www.facebook.com/psixologiya1/ *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy